28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Vergi Xidməti şirkət rəhbəri olan İran vətəndaşının ölkədən çıxışına “stop” qoyulmasını istəyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir. Bu, “Eco Control Systems” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.

Banker.az xəbər verir ki,  DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bununla bağlı 3 aprel 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciətə əsasən, vergi ödəyicisi olan “Eco Control Systems” MMC-nin direktorunun (icra orqanının rəhbərinin) İran İslam Respublikası vətəndaşı Asgharzadeh Faramarz-ın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı kommersiya məhkəməsinə müraciət edib. Kommersiya məhkəməsi məhkəməyə 12.04.2023-cü il tarixdə Ülkər Həsənovanın hakimliyi ilə baxış keçirəcək.

Onun ölkədən getməsinə məhdudiyyət qoyulub-qoyulmaması məsələsinə kommersiya məhkəməsi qərar verəcək.

2016-cı ildə təsis edilən “Eco Control Systems” MMC (VÖEN: 1304598831) Azərbaycanda “Lutron Electronics” distribyutoru və sistem inteqratorudur. Yaşayış və ticarət bazarları üçün işıqlandırma və temperatur nəzarət cihazları və kölgə sistemləri satır və quraşdırır.

“Eco Control Systems” MMC-nin 03.04.2023-ci il tarixinə dövlətə 3 530.68 manat vergi borcu olduğu göstərilir.

12321213213213

222

Son xəbərlər
Digər xəbərlər