Dövlət Vergi Xidməti şirkət rəhbərini cərimələyib

Azərbaycan Respublikası Vergilər Nazirliyi (Hazırda Dövlət Vergi Xidməti) Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi  «Az-Lex Company» MMC-nin direktoru Əliyev Eynar Arif oğlu barəsində protokol tərtib edib.

Banker.az xəbər verir ki, icraedici orqan iddia edib ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə ittiham olunub. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarına əsasən isə, başlanmış inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilib.

Vergilər Nazirliyi Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi rəisi bu qərardan narazı qalaraq yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, məsələyə orda baxılır.

Qeyd edək ki, bu maddəyə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağı əsas gətirlir.

Bu maddəyə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.