35 C
Baku
Tuesday, June 18, 2024

Dövlət Vergi Xidməti təlimin keçirilməsi üçün 9 milyon manat ödəyəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Cybernet” MMC ilə 9 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 8 923 822 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər