11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Dövlət Vergi Xidməti “Təqib və İzləmə” üçün 79 milyon manat xərcləyəcək

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi “TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 79 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Vahid Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 78 664 393 manatdır.

Qeyd edək ki, “TT Technologies” MMC 2020-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 100 manatdır və qanuni təmsilçisi Ülkər Behbudovadır.

Bildirək ki, malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi tətbiq ediləcək.

Son xəbərlər
Oxşar xəbərlər
X