17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Dövlət Vergi Xidmətindən 3 milyon manatlıq sifariş

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər ООО “Нуга Девелопмент”, “Delta Telekom LTD” Məhdud Məsuliyyətli Müəssisəsi, “Azedunet” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Birinci müqavilədə “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi və proqram təminatına texniki dəstəyin göstərilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 986 383 manatdır.

“Delta Telekom LTD” Məhdud Məsuliyyətli Müəssisəsi ilə bağlanmış müqavilədə Şəbəkə üzərindən rabitə xidmətinin göstərilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 9 440 manatdır.

“Azedunet” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilədə Wifi controller – nəzarət sistemi və Wifi Access Point (AP) avadanlıqlarının, lisenziyaların, texniki xidmətin göstərilməsinin və kabelin çəkilişi işlərinin yerinə yetirilməsinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 200 568 manatdır.

“Caspel” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə isə 2 müqavilə bağlanıb. Dəyəri 1 482 801 manat olan müqavilədə İnformasiya Texnologiyaları sahəsi üzrə tələb olunan avadanlıqların, proqram təminatlarının, onların lisenziyalarının, texniki dəstəyin göstərilməsinin, quraşdırma, qurulma və sazlanma işlərinin yerinə yetirilməsi, 629 201 manat olan müqavilədə “Oracle” proqram təminatının lisenziyası”nın satın alınması nəzərdə tutulur.

Müqavilələrin ümumi məbləği 3 308 393 manatdır.

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər