Dövlət Vergi Xidmətinin baş idarəsinə təyinat

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin struktur vahidində olan Vergi auditi Baş İdarəsinin yeni rəis müavini təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Mirzə Mirzəyev Vergi auditi Baş İdarəsinin rəis müavini təyin edilib.

O, 2018-ci ilin noyabrında Vergilər Nazirliyinin adıçəkilən idarəsinə müfəttiş kimi gəlib, 2020-ci ilin yanvarında adıçəkilən idarənin strukturunda olan şöbədə müdir kimi çalışıb.

M.Mirzəyev 2017-ci ilin yanvarından 2018-ci ilin avqustuna qədər Təhsil Nazirliyində Daxili auditin rəhbəri kimi çalışıb.

O, Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.