7 C
Baku
Sunday, February 5, 2023

Dövlət Vergi Xidmətinin bu mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək

Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Ağstafa rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 23.11.2022-ci il tarixdən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidməti göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağı, gələcəkdə vaxta qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyi tövsiyə edir.

Əlavə olaraq bildirilir ki, Ağstafa rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası, iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Tovuz şəhəri, Abulbəyli kəndi (Nizami klubunun yaxınlığı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Qazax şəhəri, S. Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi (“Kapital bank”ın filialının yaxınlığı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər
X