Dövlət Vergi Xidmətinin rəhbərliyində kimlər olacaq — Prezident təsdiqlədi

Dövlət Vergi Xidməti (DVX) öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını İqtisadiyyat Nazirliyi təsdiq edir.

Banker.az bildirir ki, bu bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən DVX-nin əsasnaməsində deyilir.

Əsasnamədə qeyd edilir ki,  DVX-nin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir.

Rəisin Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 (dörd) müavini vardır.

DVX-nin Rəisi kimdir?

  • Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  • Nazirliklə razılaşdırmaqla, müavinləri arasında vəzifə bölgüsü aparır;
  • Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;
  •  müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
  •  Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün Nazirliyə təqdim edir;
  •  Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olamyan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
  •  Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərinə qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verir, işçilərin ixtisasının artırılması, həmçinin onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
  •  xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması məqsədilə təqdimat verilməsi üçün Nazirliyə müraciət edir;
  • əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
  • Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
  • Xidmətə dövlət büdcəsindən, büdcədənkənar və qanunda nəzərdə tutulmuş digər mənbələrdən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və həmin vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
  •  Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər;
  • Xidmətin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir;
  • dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;
  • vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları