27 C
Baku
Saturday, July 27, 2024

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi “Neqsol Holding”ə baş hüquq inzibatçı təyinatı aldı

Azərbaycanın iri holdinqi “Neqsol Holding”in iki aydır vakant olan vəzifəsinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Toğrul Əhmədov “Neqsol Holding”in Baş hüquq inzibatçısı təyin edilib.

T.Əhmədov enerji sektorunda 17 illik hüquq təcrübəsinə malikdir. O, 2020-ci ilin dekabrından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təyinat alıb. 2021-ci ilin yanvarından 2021-ci ilin aprelinə qədər İnsan resursları departamentinin direktor müavini kimi çalışırdı. Daha əvvəl isə “BP Azerbaijan”da çalışıb.

Bildirək ki, 2018-ci ilin mayından 2021-ci ilin fevralına qədər “Neqsol Holding”in Baş hüquq inzibatçısı Emin Kərimov. Bu cari ilin ilk rübündə holdinqdən ayrıldığını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər