2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 milyard 803.9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704.8 milyon manat və ya 3.7 faiz üstələyib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703.7 milyon manat təşkil edərək proqnozdan 466.4 milyon manat və ya 5.7 faiz çox icra edilib.