21 C
Baku
Friday, September 30, 2022

Dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 27 minə çatıb

Bu il oktyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 335,832 milyon manat təşkil edib.

Report agentliyi İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 5,946 milyon manat, yaxud 0,45% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 78 vahid artaraq 26 921-dən 26 999-a çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ sentyabrda 2,05 milyon manat artaraq 39,709 milyon manatdan 41,759 milyon manata çatıb. 

Son xəbərlər
Oxşar xəbərlər