12 C
Baku
Cümə, Dekabr 3, 2021

Dövlət xəzinəsi 15 mln. manat borclanıb

12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106032888 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Banker.az-a BFB-dan bildirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.6714 AZN (7%) və 101.3886 AZN (4.5%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2488 AZN (4.5499%), orta ölçülmüş qiyməti 101.3519 AZN (4.5131%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,766,300.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 oktyabr 2024-cü il.

Hərrac iştirakçıları 13 oktyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Oxşar xəbərlər
X