2 C
Baku
Saturday, March 2, 2024

Dövlət xəzinəsi fond bazarından borclanmanı 26% azaldıb

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsi fond bazarından borclanmanı 373.14 milyon manat və ya 26% azaldıb.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir.

Dövlət xəzinəsi birjada cəmi 1 milyard 046.55 milyon manatlıq istiqraz emissiya edib. Bu da 2021-ci ilin müvafiq dövründə 1 milyard 419.69 milyon manat idi.

Ümumilikdə 338 əqd imzalanıb və 199 ticarət günü ərzində 5.26 mln. manat orta günlük ticarət baş tutub.

Qeyd edək ki, son ticarət günlərində dövlət istiqrazlarına tələb azaldığı üçün onun gəlirlik faizləri bütün müddətlər üzrə artmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər