9 C
Baku
Friday, December 27, 2024

Dövlət Xidməti “AccessBank”la bağlı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə “AccessBank” QSC ilə reklamlarındakı “haqsız” davranışa görə iş qaldırılıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri aşkar edilib.

Belə ki, reklam bazarına dövlət nəzarəti məqsədilə aparılmış monitorinqlər zamanı “AccessBank” QSC tərəfindən verilən reklamlarda haqsız rəqabət halları aşkar edilib.

Bu qanununun 9-cu maddəsinin üçüncü abzası “əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması” ilə bağlıdır.

İşə 02.05.2023-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84-də (Hökumət Evi, V qapı) (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 671) baxılacaq.

Eyni ilə məsələ ilə bağlı  “Alez Travel” MMC qarşısında da iş qaldırıb. Bu şirkət də “reklam bazarına dövlət nəzarəti məqsədilə aparılmış monitorinqlər zamanı “AccesBank” QSC tərəfindən verilən reklamlarda haqsız rəqabət hallarının aşkar edilməsi” işinin halında qeyd edilir. İşə 16 may 2023-cü il tarixdə Dövlət Xidmətinin binasında baxılacaq.

Ötən ayın əvvəlində Dövlət Xidməti açıqlamışdı ki, monitorinqlər aparılan zaman bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər