14 C
Baku
Çərşənbə, May 25, 2022

Dövlət Xidməti “haqsız rəqabətə” görə “Azercell”ə qarşı iş qaldırdı

Əsasən mesajlaşma xidməti göstərən “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azercell Telekom” MMC və “LSİM” MMC barəsində iş qaldırılıb.

Banker.az xəbər verir ki, bu Dövlət Xidmətinin siyahısında qeyd edilib.

İş “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cıu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.

“Antiinhisar fəaliyyəti haqqında” qanunun 10-cıu maddəsinin 2-ci bəndinə görə, bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan sazişlər rəqabətin məhdudlaşdırılmasına səbəb olan sazişlərdir.

“Haqsız rəqabət haqqında” qanununun 7-ci maddəsinin üçüncü abzasının tələbinə görə, sahibkarlıq fəaliyyəti sahəsində əmtəələrin məcburi əlavə çeşidlə satışına icazə verilmir.

İşə 31.05.2022-ci il tarixində baxılacaqdır.

“LSİM” şirkəti mobil kontent və provayder xidmətləri göstərir.

1 3 121

Son xəbərlər
Oxşar xəbərlər