13 C
Baku
Monday, April 15, 2024

Dövlət Xidməti: Saxta veb-səhifələr yaratmaqla vətəndaşların bank və digər fərdi məlumatları ələ keçirilir

Kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradıb.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, kiberdələduzlar həmin veb-səhifələr vasitəsilə vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən əvvəl brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər