Dövlət Xidmətindən “Azəriqaz”a yeni təklif

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz”a yeni təklif irəli sürüb.

Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib.

Bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq.

Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi.

Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla məsrəflərinə qənaət etmək istəyirdilər. Bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi “Azəriqaz” İB-yə yönəldib və Birlik də belə bir təşəbbüsü müsbət qarşılayıb.

Ümumiyyətlə, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı yüksək qiymətləndirir. Bu və ya digər formada irəli sürülən təkliflərin ümumi işin daha səmərəli təşkilinə imkan yaradacağına inanır. Hesab edirik ki, bundan sonra da bu cür fəaliyyət davamlı xarakter alacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.