Dövlət Yol Polisinin köhnə BMW-ləri satışa çıxarılır. Qiymətlər

  •  
  •  
  •  
  •  

Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumun balansındakı avtomobillər hərraca çıxarılıb.

Bankerar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin 12 avtomobilini satmaq məqsədilə fevralın 12-də hərrac keçirəcək.

DİN hərraca beş ədəd “BMW-320”, dörd ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, “QAZ-3110” və “Volksvagen Passat” avtomobilləri təqdim edib.

Hərraca ən yüksək qiymətə təqdim edilən avtomobillər “BMW-320” markalı avtomobillərdir və ilkin start qiyməti 5 200 manatdan başlayır.


  •  
  •  
  •  
  •