8 C
Baku
Wednesday, November 30, 2022

Dövlət zəmanətli kreditlərin əldə edilməsi üçün tələbat 1.7 mlrd. manat təşkil edib

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət zəmanəti ilə kreditlərin verilməsi üzrə 30 iyun 2020-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək 500 mln. manat bank kreditindən 300 mln. manatadək kreditə dövlət zəmanətinin verilməsi, eyni zamanda kreditlər üzrə faiz xərclərinin 7.5 faiz bəndinədək dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulub.

Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində dövlət zəmanətli kreditlərin əldə edilməsi üçün ümumi kredit tələbatı 1,7 mlrd. manat olan 6 940 müraciət daxil olub.

“Daxil olan müraciətlərdən 2 630 müraciət üzrə 499,8 mln. manat zəmanətli kredit verilib. Verilən kreditlərin sayı üzrə 99,4%, məbləğ üzrə 91,7% sahibkarlıq subyektlərinin payına düşüb”, – deyə O. Xaliyev qeyd edib.

O, həmçinin, əlavə edib ki, 31 dekabr 2021-ci il tarixə ödənilən subsidiyaların məbləği 15,3 mln. manat təşkil edib.

“Subsidiyaların ödənişi kreditlərin müddəti ərzində davam etdiriləcək və ümumi proqnozlaşdırılan subsidiya ödənişi 55 mln. manat üzərində olacaq”, – deyə O. Xaliyev əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X