15 C
Baku
Friday, April 26, 2024

Dövlətin 51% pay sahibi olduğu ASC, QSC və MMClərdə yeni apellyasiya şuraları yaradılır

Prezident İlham Əliyev dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.

Müvafiq sənədi mayın 6-da AZƏRTAC dərc edib.

Sənədə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılıb.

Fərmanla müəyyən edilib ki, “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

– paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

– dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər