26 C
Baku
Saturday, July 27, 2024

Dövlətin ABB-si vətəndaşlara kütləvi səhm satışını planlaşdırır – Sədrdən açıqlama

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Səhmdarlarının bu gün keçirilən Ümumi Yığıncağının daha bir mühüm qərarının kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılması ilə bağlı olduğunu bildirib.

Banker.az xəbər verir ki, o bu barədə Facebook hesabında yazır.

“Hüquqi prosedurlar yekunlaşdıqdan sonra bu barədə geniş məlumatları ictimaiyyətlə bölüşəcəyik. ABB-yə minlərlə yeni səhmdarın cəlbi, beləliklə, vətəndaşların ABB-nin idarəedilməsində iştirakının genişləndirilməsi, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı əsas məqsədimizdir” – deyə, bank sədri yazır.

Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü ildə “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz ABB-dir.

Bank son 6 ildə səhmdarlarına davamlı şəkildə yüksək dividendlər ödəməkdədir.

“Bu il də əsas səhmdarımız olan dövlətimizə və 1800-ə yaxın digər səhmdarlarımıza 185 mln. AZN məbləğində dividend ödənişimiz olacaq. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15,1%-ə yüksəlir. Bundan sonra da daim səhmdarlarımız üçün yüksək dəyərlər yaratmağa çalışacağıq!” – Abbas İbrahimov qeyd edib.

Bakı Fond Birjasında nominal dəyəri 0.27 manat olan ABB səhmləri may ayında 0.33-0.35 manat intervalında ticarət edilib.

Son xəbərlər
Digər xəbərlər