19 C
Baku
Sunday, May 19, 2024

Dövlətin “Azəripək”i yenə zərər etdi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC 2021-ci ildə gəlirlərini kəskin yüksəltməsinə rəğmən, zərərdən qurtula bilməyib.

Bu barədə Banker.az ASK-nın illik konsolidə edilmiş audit hesabatına istinadla xəbər verir.

Hesabatından görünən isə budur ki, gəlirlərin yüksəlməsi ilə bərabər satışın maya dəyəri də yüksəlib, digər gəlirlər azalıb.

2021-ci ildə 7 milyon 714 min manatlıq gəlir əldə etməklə, öncəki ili 3.3 dəfə üstələmiş olur. Satışın maya dəyəri isə 7 milyon 254 min manata yüksəlib. Bununla da onun ümumi mənfəəti 459 min manat olub, bu 2020-ci ildə 205 min manat olub.

Dövlət müəssisəsinin ümumi inzibati xərcləri 667 min manat (2020: 647 min manat), digər gəlirləri isə 174 min manatdan 13 min manata düşüb.

Bununla da illik zərəri 194 min manat təşkil edib.

Bu zərərin ardından onun illərin yığılmış zərəri 788 min manata yüksəlib.

234543546568970

Son xəbərlər
 ⁠
Digər xəbərlər