26 C
Baku
Wednesday, April 24, 2024

Dövlətin vergi siyasətinin mahiyyəti və məqsədi

Dövlətin vergi siyasəti dövlətin vergi inzibatçılığına yanaşmasını, yeni vergi növlərinin yaradılmasına və yaxud mövcud hər hansı növün ləğv edilməsini xarakterizə edir. O vergi ödəyicilərinin kateqoriyalarını, qanuni əsaslarını və vergi faizlərini təyin edir. Dövlətin vergi siyasətinin mahiyyəti və məqsədinə nəzər yetirək.

Vergi siyasəti adətən iqtisadçılar, biznesmenlər, siyasətçilər və vətəndaşlar arasında canlı debat predmeti rolunu oynayı. Əlbəttə ki, burada mübahisə mövzusu vergi tutulmasının incəlikləri və müəyyən nüansları, xəzinəyə daxil olan vəsaitlərdən ümumi istifadədir. Belə ki, vergi dövlətin mövcudluğu üçün mühüm rol oynadığından tərəflər razılığa gəlməli olur.

Yığılmış vergilər bütün vergi ödəyicilərinin xeyrinə olan dövlət proqramlarının – büdcənin qorunması, hərbi qüvvə xərcləri, yolların çəkilməsi, təhsil müəssisələrinin maliyyələşdirilməsi və digər sosial xərclərin maliyyələşdirilməsi üçün istifadə olunur. Beləliklə, vergi dövlət və hökumət təşkilatlarına öz funksiyalarını yerinə yetirməyə imkan verir.

Dövlətin vergi siyasətinin ən vacib məqsədi bütün maraqlı tərəflər arasında razılığın təmin edilməsidir. Lakin bu vergi sisteminin sonsuz çətinləşdirilməsinə gətirib çıxarır. Hətta balanslaşdırılmış vergi siyasəti belə heç vaxt vergi ödəyicilərini qane etmir, çünki hər kəs daha az vergi ödəməyə çalışır.

Bir şeyi anlamaq lazımdır ki, dövlətin vergi siyasəti dinamik şəkildə dəyişən bir mühitdir və bu dəyişməyə əsas olaraq təsir edən amillər bazardakı dəyişikliklər, makroiqtisadi və siyasi amillərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər