6 C
Baku
Thursday, February 13, 2025

Dövlətə ən iri mənfəət vergisini hansı banklar ödəyib? – RENKİNQ

Azərbaycan bankları 2024-cü ildə 1.04 milyard manatlıq xalis mənfəətindən 294 milyon manatlıq mənfəət vergisi ödəyib.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 4.5 faiz azalmadır. Belə ki, 2023-cü ildə banklar dövlətə ümumilikdə 308 milyon manat mənfəət vergisi ödəmişdilər.

Ölkədə 22 bankdan 20-si mənfəət vergisi ödəyib.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da, bu, şirkətlərin öncəki maliyyə durumlarına (məsələn, yığılmış zərərə görə) fərqli hesablanır.

Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amortizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti 217 500 manat, mənfəət vergisi isə 43 500 manat olacaq.

78774

Son xəbərlər
Digər xəbərlər