23 C
Baku
Tuesday, April 23, 2024

Dövlətə məxsus balıq müəsissəsinin səhmlərinin 100%-i satılır – Qiymət

Qiymət 3 mln. manatdan yuxarıdır.

Yevlax rayonu, Varvara kəndində yerləşən, 1956-ci ildən istisimara verilən “Varvara Balıq” ASC-nin səhmləri investisya müsabiqəsinə çıxarlıb.

Banker.az xəbər verir ki, bu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirləcək.

1 aprel 2019-cu il tarixinə olan duruma görə səhmdar cəmiyyətinin əsas fəaliyyət növü balıqartırma və balıqyetişdirmədir. Nizamnamə kapitalı 3 mln. 18 min manatdır. Buraxılmış sənədsiz adlı səhmlərin sayı 1 mln. 509 min ədəd olmaqla müsabiqəyə bütünü aid edilir. Yəni, 3 mln. 18 min manat ümumi investisya dəyəri var.

Məlumatda səhmlərin hər birinin nominal dəyərinin 2 manat olduğu bildirilir. Bununla yanaşı ASC-də 18 nəfər insan çalışır hazırda.

Prezident 2017-ci ildə bu müəsisənin açılışdında olarkən (Foto: Azərtac)

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər