Səhmdar cəmiyyətinin ödənilməmiş zərəri 136 mln. manatı keçib
“Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 182,288 mln. manat təşkil edib.
Qurumun maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.
2017-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli öhdəlikləri 3,9% azalaraq 157,19 mln. manata, qısamüddətli aktivləri isə 9,3% azalaraq 25,097 mln. manata düşüb.
Hesabat dövründə “Azəristiliktəchizat”ın cəmi öhdəlikləri 12,3% artaraq 98,578 mln. manata çatıb. Bunun 10,937 mln. manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər, 87,641 mln. manatı isə qısamüddətli öhdəliklərdir ki, bu da illik müqayisədə 0,2% azdır. İl ərzində səhmdar cəmiyyətinin cəmi kapitalı isə 19% azalaraq 83,709 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,1 dəfə artaraq 136,685 mln. manat olub.
“Azəristiliktəchizat” 2017-ci ili 18,825 mln. manat xalis zərərlə başa vurub. Bununla da, qurumun ödənilməmiş zərəri 136,108 mln. manata çatıb.