8 C
Baku
Friday, December 13, 2024

Dövlətə məxsus səhmdar cəmiyyətlətlərin sədrləri səlahiyyətinə əlavə bənd artırldı

Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” QSC, “Azərkosmos” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Hərbi Ovçuluq İttifaqı” MMC, “Bakı Metropoliteni” QSC, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC, “Azərişıq” AASC, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC, “AzerGold” QSC “Azərsu” ASC, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Azəristiliktəchizat” ASC , “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və “Azərxalça” ASC nizamnamə və strukturunun təsdiqi ilə bağlı qərarlara dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu dəyişikliyə dair sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Yuxarıda adları çəkilən dövlətə məxsus cəmiyyətlətin hər birinin nizamnaməsinə “İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.” kimi bənd əlavə edilib.

 

Son xəbərlər
Digər xəbərlər