3 C
Baku
Wednesday, March 26, 2025

Dövlətə məxsus şirkətin rəhbəri dəyişdi

Dövlətə məxsus “Azərizolit” MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.

O, bundan əvvəl də – 2024-cü ilin fevral ayına qədər “Azərizolit”ə rəhbərlik edib.

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan “Azərizolit” 2023-cü ilin avqust ayına qədər “ASK İzolit” adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər