18 C
Baku
Sunday, September 8, 2024

Dövlətə məxsus zavodun rəhbəri dəyişdi

Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində olan “Radioquraşdırma zavodu” MMC-nin direktoru dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə, bugünə qədər zavoda dəhbərlik edən Çingiz Əliyev Paşa oğlu vəzifəsindən istefa verib.

Onun yerinə Rzabəy Məmmədov Vahid oğlu təyin edilib.

Radioquraşdırma zavodu 1948-ci ildə təsis edilib.

Radioquraşdırma zavodu radioqəbuledici, televizor, elektron hesablama vasitələri istehsalı üzrə ixtisaslaşmış müəssisədir.

Radioquraşdırma zavodunun istehsal fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

• radioqəbuledici istehsalı;

• televizor istehsalı;

• elektron kassa aparatı istehsalı;

• elektron tərəzi istehsalı;

• texnoloji tərtibatların və alətlərin hazırlanması;

• xalq istehlakı mallarının və mülki təyinatlı məhsulların istehsalı.

 

Son xəbərlər
Digər xəbərlər