Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi dəyişib.
Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidindən 107 ştat vahidinə, regional bölmələrinin işçilərinin say həddi isə 260 ştat vahidindən 257 endirilib.