Dövlət əmlakının icarəsindən büdcəyə 24.4 milyon manat vəsait ödənilib

Bu ilin yanvar-sentyabr ayları ərzində qeyri-yaşayış sahəsinə dair 623 yeni icarə müqaviləsi bağlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin ilk 9 ayında 1880 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 19,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2503 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Son xəbərlər
Digər xəbərlər