19 C
Baku
Thursday, April 25, 2024

Dövlət əmlakının idarə edilməsindən büdcə gəlirləri proqnozdan 55% çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 24.8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 8.8 mln. manat va 55.0% çoxdur.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 546.8 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 244.8 mln. manat va ya 81.1% artıqdır. Bu vəsaitin 23.2%-i və ya 126.7 mln. manatı səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlarin, 16.5%-i və ya 90.4 mln. manatı aparılmış yoxlama və təftişlər nəticəsində aşkar olunmuş artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpasının, 9.2%-i va ya 50.4 mln. manatı gömrük yığımlarından daxilolmaların, 8.6%-i və ya 46.9 mln. manatı xəzinə qalığının idarə edilməsindən daxilolmaların, 7.2%-i va ya 39.4 mln. manatı cərimə və sanksiyalardan daxilolmaların, 7.2%-i va ya 39.3 mln. manatı təşkilatlar üzrə artıq qalan vəsaitin dövlət büdcəsinə geri qaytarılması üzrə daxilolmaların, 6.4%-i va ya 35.1 mln. manatı dövlətə məxsus qızılın satışından daxilolmaların, 4.6%-i və ya 25.1 mln. manatı büdcədən verilən kreditlər üzrə daxilolmaların, 17.1%-i və ya 93.5 mln. manatı isə digər daxilolmaların payına düşür.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər