Dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsi hazırlanacaq.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2022-2023-cü illər ərzində müvafiq qanun layihəsinin qəbul edilməsini təmin etməlidir.