10 C
Baku
Thursday, December 12, 2024

Dövlət ərzaq ehtiyatları müəyyənləşir

Azərbaycan qanunvericiliyində dövlət ərzaq ehtiyatları müəyyənləşir.

Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Bununla bağlı qanuna yeni “Dövlət ərzaq ehtiyatları” maddəsi əlavə olunur.

Yeni maddəyə əsasən, dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.

Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

1. qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

2. iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

3. ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.

Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir

Son xəbərlər
Digər xəbərlər