9 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070098 ISIN-li, 120 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib və orta gəlirlilik 8.01%-ə düşüb.
Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 92.3496 (9.4899%) manat və 97.1497 (7.58%) manat olan 46 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9406 (8.05%) manat, orta ölçülmüş qiyməti isə 96.0468 (8.0084%) manat müəyyən edilib. Sonuncu dəfə 2024-cü ilin yanvarında hərrac keçirilmişdi və həmin hərracda gəlirlilik 8.05% təşkil etmişdi.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 194,915,500 manat, yerləşdirilmiş həcmi isə 91,283,400 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 06.04.2027-ci ildir.
Hərrac iştirakçıları 15 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.