12 C
Baku
Tuesday, October 22, 2024

Dövlət ABB-nin səhm kapitalında payını artırıb

Azərbaycanın ən iri bankı ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 1 yanvar 2022-ci il tarixinə səhmdarlarının adı açıqlanıb.

Banker.az xəbər verir ki, bu, ABB-nin 2022-ci il üzrə audit hesabatında deyilir.

Hesabata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ABB-nin nizamnamə kapitalındakı payı 91.40%-dən 92.56%-ə, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3.76%-dən 3.81%-ə yüksəldiyi halda, digər şəxslərin 4.61%-dən 3.40%-ə düşüb. Qalan 0.23% pay isə “AqrarKredit” BOKT QSC-yə məxsusdur.

Beləliklə, dövlət bankının səhm kapitalında dövlətin payı 96.6%-ə çatıb.

Xatırladaq ki, ABB-nin nizamnamə kapitalı 1 mlrd. 225.65 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər