Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs “Agro Best” QSC ilə 62 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 62 146 514 AZN təşkil edir.