Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs “Agro Best QSC ilə 67 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 66 854 876 AZN təşkil edir.