Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi “Azərmaş Group” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə mikroavtobusların (18-20 yerlik) satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 942 min manatdır.
Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.