12 C
Baku
Monday, November 18, 2024

Dövlət Agentliyi “Kia Azərbaycan”ın keçmiş rəhbərindən 3 milyon manata bina icarəyə götürdü

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əşrəf Səxavət oğlu Səfərov ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə inzibati binanın icarəsinin satın alınması nəzərdə tutulur. Ofis sahəsinin icarəsi 34 ay-dır.

Ofis sahəsinə minimum tələblər ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 3932 m2 olmal (10% artırıb azaltmaq olar), qəbul üçün foye – 1 foye, qarderob – 1 otaq, iş otağı – minimum 31 otaq, rəhbər otaqları – minimum 8 otaq, istirahət otağı – 1 otaq, akt zalı – 1 zal, iclas zalı – minimum 3 zal, arxiv otaqı – 1 otaq, server otaqı – 1 otaq, anbar – 1 otaq, mətbəx – 1 otaq, yeməkxana – 1 otaq, sanitar qovşaq – minimum 10 ədəd, minimum 20 ədəd nəqliyyat vasitələrinin park edilməsi üçün şərait olmalıdır.

Qeyd edək ki, Əşrəf Səxavət oğlu Səfərov “Kia Motors AZ” MMC-nin qanuni təmsilçisi olub.

Müqavilənin dəyəri isə 2 752 453 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər