“Məşğulluq haqqında” qanuna uyğun olaraq yeni proqram üzərində işləyirik”.
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial saat”da deyib.
O bildirib ki, qanuna uyğun olaraq sosial müəssisələrin yaradılması və məqsədli proqramların təşkil olunması üçün mexanizm artıq hazırlanıb: “Vətəndaşların məqsədli proqramlar vasitəsilə məşğulluğa cəlb olunması təşkil olunacaq. İşəgötürən, sahibkar bizə məqsədli proqramlarla müraciət etdikdə, əgər bizim sosial cəhətdən həssas vətəndaşlarımız işə götürülsə, o zaman həmin proqramı həyata keçiririk. Digər tərəfdən, sahibkarla sosial müəssisələr yaratmaqla vətəndaşları işlə təmin etdiyi təqdirdə həmin işəgötürənlərlə də əməkdaşlığa başlayacağıq. Bununla yanaşı, kvota üzrə iş yerlərini dolduran işəgötürənlərə əlavə olaraq iş yerinin açılmasına görə iş yerinin 100 faiz maliyyələşdirilməsi istiqamətində də layihə üzrə işləyirik.”.