İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “HTECH İnvest” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş masaüstü kompyuter dəstlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.410.150 AZN təşkil edir.
Htech Invest şirkəti 2015-ci ildə təsis edilmiş və kompyuter avadanlığının yığılması ilə məşğuldur. Htech Invest Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Mingəçevir Yüksək texnologiyalar parkının rezidenti statusunu almış ilk şirkət olub.