2 C
Baku
Thursday, February 12, 2026

Dövlət Agentliyi “OBA Market” barəsində inzibati protokol tərtib edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “OBA Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Məlumata görə, qida məhsulu üzərində göstərilmiş qiymətdən daha baha qiymətə satılıb. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilib.

Hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq rəsmiləşdirilib.

Protokol 24 dekabr 2025-ci il tarixində tərtib edilib.

Xatırladaq ki, “OBA Market” MMC 2016-cı ildə təsis edilib və şirkət “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir. Hazırda 100 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər