13 C
Baku
Thursday, April 18, 2024

Dövlət Agentliyi: “Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir”

“Vaxtilə Azərbaycanda səhiyyə ilə bağlı bir çox göstəricilər aşağı olub. Bu baxımdan islahatlara ehtiyac duyulub, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur. Hazırda ölkədəki səhiyyə işçilərinin 60%-i Bakıdadır, yəni regionlarda işçi çatışmazlığı var. Bundan başqa, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda yeni xəstəxana binası tikilsə də, vəziyyəti yaxşı olmayan xəstəxanalar hələ də var. Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir. İlkin səhiyyə məntəqələrinin də vəziyyəti yaxşı deyil. Ölkəmizin maliyyə baxımından sıxıntısı yoxdur, zamanla bağlı sıxıntısı var. Bütün bunların qısa zamanda həyata keçirilməsi üçün dövlətin gücü kifayət deyil. Bu baxımdan düşünürük ki, dövlət – özək sektor tərəfdaşlığı bu yöndə bizə dəstək ola bilər”, – deyə o, qeyd edib.

“Azərbaycandakı xəstəxanalar əvvəllər ödəniş qəbul edə bilmirdilər, indi isə onlar publik hüquqi şəxs statusu alıb, ödənişlı xidmət göstərdikləri kimi satınalmalarını da həyata keçirə bilərlər. Bu mövzularda özəl müəssisələrlə əməkdaşlığa önəm veririk”, – deyə A.Nəsirov əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə Azərbaycanın səhiyyə turizmində də bir balans yaranacaq: “Sağlamlıqla bağlı Azərbaycandan Rusiyaya və Avropa ölkələrinə gedənlər var. Biz bu sahədə qısa zamanda balans yaratmaq istəyirik”.

Son xəbərlər
Digər xəbərlər