“Buta Farm” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küç., ev 31 ünvanında yerləşən “Ozon” aptekdə sertifikatlaşdırılmamış mallar aşkar edilib.
Banker.az bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, aşkar edilmiş nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.