22 C
Baku
Wednesday, June 4, 2025

Dövlət Agentliyi “Zeytun Pharmaceuticals” barəsində iş qaldırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Zeytun Pharmaceuticals” MMC barəsində iş qaldırıb.

Banker.az xəbər verir ki, şirkət mart ayında dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.

Belə ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsi Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması İnzibati Xətalar Məcəlləsinin 221.3-ci maddəsi ilə cərimə edilir. 221.3-nin bu maddəsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər