İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Olimp Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu-Məhəmmədi modul tipli xəstəxanada müalicə olunan koronavirus infeksiyasına (Covid-19) yoluxmuş xəstələrə xəstəxana şəraitində keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və xidmətlərin təşkilinin satın alınması məqsədilə təkliflər sorğusu elan edilib.
Müqavilənin dəyəri isə 17 335 675 manatdır.