10 C
Baku
Saturday, December 21, 2024

Dövlət Agentliyinin gəlirləri kəskin artsa da, onu zərərdən “qurtara” bilməyib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) publik hüquqi şəxs keçən ili də zərərlə bitirib.

Banker.az xəbər verir ki, şirkət 2023-cü il üzrə maliyyə hesabatı ərzində 2.71 milyon manat zərər etməklə zərərli fəaliyət illərinin müddətini bir qədər də uzadıb. Şirkət 2022-ci ildə 9.48 mln. manat zərər etmişdi. Bu, illik müqayisədə zərərin 74 faiz azalması deməkdir.

Zərərin bu qədər çox azalmasını dəstəkləyən amil isə AERA-nın gəlirlərinin öncəki ildən böyük fərqlə yuxarı olmasıdır. Agentliyin gəlirləri 2022-ci ildə 4.5 mln. manat olduğu halda, bu rəqəm növbəti ildə 11.95 mln. manata kimi 165 faiz artım nümayiş etdirib.

Dövlət təşkilatı gəlirlərin yüksəlməsi fonunda əməkhaqqı xərclərini optimallaşdırıb. Məsələn, öncəki ildə 8.4 mln. manatlıq əməkhaqqı xərci bu il 8.32 mln. manata enib.

Beləliklə, hesabatdakı növbəti zərər onun kapitalındakı yığılmış mənfəəti “yeyib” və 1.63 mln. manat yığılmış mənfəət mövcuddur.

Aktivlərin həcmi 12.03 mln. manatdan 8.9 mln. manata, öhdəlikləri isə 3.03 mln manatdan 2.61 mln. manata düşüb.

AERA gəncdir. Qurum Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb. AERA elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər