9 C
Baku
Friday, December 13, 2024

Dövlət bankları böhranda fürsət tapıb, kredit bazarında mövqe gücləndirirlər

Azərbaycanda COVID-19 pandemiyasının ölkəyə ayaq basdığı gündən bu tərəfə dövlət bankları kredit bazarında öz mövqeyini gücləndirməkdədir. Bu isə bazarda yaranmış “fürsətdən” yararlanan yeganə kredit təşkilatları deməkdir.

Banker.az bildirir ki, ölkədə cəmi kredit qoyuluşunun həcmi 14 milyard 681.3 milyon manat təşkil edib. Bunun 2 milyard 840.1 milyon manatı dövlət banklarının (iki bank var) verdiyi, 11 milyard 464.5 milyon manatı özəl bankların və 376.6 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının (BOKT və kredit ittifaqları) verdiyi kreditlər olub.

Dövlət bankları böhranda kredit qoyuluşunda daha aktiv iştirak etdiyi görünür. Məsələn, cari ilin ilk rübünün sonunu dövlət bankları 2 milyard 606.4 milyon manat kredit vermişdilər. Həmin dövlət banklarının respublika üzrə kredit bazarında payı 16.7% olduğu halda, 8 ay sonra kreditlərin həcmi 233 milyon manat artmaqla payını 19.3%-ə yüksəlmişdir.

Özəl bankların payı isə cari ilin ilk rübünün sonu 1 milyard 161.3 milyard azalıb. Bazar payı 80.7%-dən 78.1%-ə qədər azalmışdır. 100% xarici bankların kredit bazarında payı isə hazırda 6.8%-dir (991.6 mln. manat), bu ilin ilk rübündə 7.1% ( 1 069.5 mln manat idi).

Qeyri-bank olan kredit təşkilatlarının cari ilin sonu verdiyi ümumi kreditin həcmi 404.7 mln. manat idi. Pandemiya böhranında 28.1 mln. manat azalmaqla payı ümumi portfelin azalmasın hesabına 2.6%-də dəyişməz saxlayıb.

Son xəbərlər
Digər xəbərlər