21 C
Baku
Friday, April 26, 2024

Dövlət başçısı azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib. Banker.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi səhifəsi məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.

Vida mərasimində görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunmuşdur.

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfü Zadənin vəfatı, ümumilikdə, dünyanın elmi ictimaiyyəti üçün ağır itkidir.

Dövlətimizin başçısı mərhumun ailə üzvü ilə söhbət etdi, dərin hüznlə başsağlığı verdi.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma yurdu ilə döyünüb. Dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər